Reklam
Reklam

Jurnalistika terminləri lüğəti

kreativlik

lat. creatio – yaratmaq, qurmaq

Yaradıcılıq qabiliyyəti, prinsipial cəhət­dən yeni ideyaların üzə çıxarılmasına və qə­bul edilməsinə hazırlıq səviyyəsi.

K. me­­dia mütəxəssisindən ənənəvi təfəkkür sxemindən kənara çıxmaq, statik sistem­lərin daxilində yaranan problemləri orijinal üsullarla həll etmək bacarığı tələb edir. Psixoloji araşdırmalara görə, bu key­fiyyət intellektdən çox, istedadın göstə­ricisidir.

Jurnalistika terminləri lüğəti