Türk dillərində köy sözü olub (bəzilərində indi də işlədilir), od, yanmaq mənalarını əks etdirib. Qaynamaq, göynəmək, qor, kömür, qovurmaq, qaymaq, kül və s. sözlər onun əsasında yaranıb. Rus dilindəki огонь kəlməsi də (əsli hindcədir) kömür mənasını verən sözdür. Eləcə də пепел, палить, пламя sözləri vahid kökə malikdir. (Bəşir Əhmədov. Etimologiya lüğəti)
Etimologiya lüğəti