Azərbaycanda bahalı qalın parçadan (məxmər, tirmə şal, xara, zərxara və s.) tikilən, sətin və ya çitdən astarı olan milli qadın üst geyimi.
Bu geyim növü Naxçıvan, Gəncə, Şuşa, qismən də Şəkidə geniş yayılıb. Abşeronda o, don adlanıb. K.-nin yaxası, bel calağı, ətəyi və biləkağzı çox vaxt güləbətin, muncuq, pilək və s. tikmə ilə bəzədilib. Şəki bölgəsində ətrafına ensiz xəz zolaq tikildiyi üçün “xəz K.” və ya “eşmək” adlanıb.
Tarix terminləri lüğəti