İfadə qədim adətlə bağlıdır: özünün və ya başqasının halına, bədbəxtliyinə yananda başlarına kül (və ya torpaq) tökərdilər.
İfadə “İncil”də, Firdovsinin “Şahnamə”, Homerin “İliada” əsərlərində işlənmişdir. Dastanlarda da bu ifadəyə rast gəlinir.
Əsli bunu deyib, Kərəmin külünü ovuclayıb başına tökdü. Sən demə, külün içində hələ qor qalıbmış. Əslinin saçı od aldı. (“Əsli və Kərəm”)
Azərbaycan dastanlarının leksikası