Partlayış təsirinin müəyyən istiqamətdə gücləndirilməsi; kumulyativ effekt.
K. yaratmaq üçün partlayıcı maddədə hədəfə tərəf yönəldilmiş konusvarı çuxur (kumulyativ oyuq) düzəldilir və onun daxili səthinə nazik metal qat (üzlük) çəkilir. K.-dan maddə xassələrinin tədqiqində (yüksək təzyiqdə), inşaatda, mədən-filiz sənayesində və hərbi işlərdə istifadə edilir.
Fizika terminlər lüğəti