Reklam
Reklam

Etimologiya lüğəti

kürəkən

Quda kəlməsi ilə kökdaşdır (göy kimi də işlədilir). “Kəbin əsasında qohum olan oğlan (qızın əri)” deməkdir. Göy, kürəkən, quda, qayın, qadın (qazın) kökdaş sözlərdir, sonra mənaları dəyişib. Hamısı kəbin (daha doğrusu,quda) anlayışı ilə bağ­­lıdır. Qaqauz dilində kürəkən yerinə qüvəə, baldız əvəzinə qorumca deyirlər. Bun­lar da tarixi baxımdan quda sözü ilə qohumdur. Bəzi türk dillərində “ərə ver” yerinə qu­da edib ber cümləsi işlədilir. Deməli, kürəkən (göy) “quda” (kəbin) sözü ilə qohumdur. (Bəşir Əhmədov. Etimologiya lüğəti)

Etimologiya lüğəti