Reklam
Reklam

Tarix terminləri lüğəti

kurqan

türk. kur – qur, düzəlt

Qədim məzarların üzərində süni təpəcik; torpaq, ağac və ya daşdan düzəldilmiş, adətən, yarımkürə formalı qədim qəbirüstü abidə.

Bəzi ehtimallara görə, K. termini türk mənşəli “korumak” (qorumaq) sözündən yaranıb. K.-lar Son NeolitEneolit dövrünə aid edilir. Onlar müxtəlif böyüklükdə olub, qəbirlər sərdabə, katakomba, daş qutu və s. formalarda düzəldilib, içərisinə qab-qacaq, yemək, silah, bəzək şeyləri, digər əşyalar qoyulub. K.-lar qədim türk xalqları mədəniyyəti üçün xüsusilə səciyyəvidir; məs.: Qazaxıstan ərazisində aşkarlanmış əski K.-da hun mədəniyyətinə aid çoxlu incəsənət nümunələri tapılıb. Əski K. buradakı qızıl əşyaların zənginliyinə görə dünyada ikinci tapıntı hesab olunur. K.-lara Azərbaycan ərazisində də rast gəlinir.

Tarix terminləri lüğəti