ər. – taxt
Keçmişdə bir sıra Şərq ölkəsində, o cümlədən Azərbaycanda qış aylarında otağı qızdırmaq üçün istifadə edilən qurğu.
Erkən orta əsrlərdən məlum olan K. ağacdan düzəldilən dördkünc alçaq masa şəklində olub. Onu otağın ortasında qazılmış dayaz çalanın üstünə qoyublar və böyük ölçülü “K. yorğanı” ilə örtüblər. Çalada isə tüstüsü çəkilmiş közlə dolu manqal yerləşdiriblər. Ailə üzvləri K.-nün ətrafına toplaşıblar, çox vaxt gecələr onun qırağında yer salıb yatıblar.
Həmçinin bax:
Tarix terminləri lüğəti