Reklam
Reklam

Tarix terminləri lüğəti

kuşanlar

baktriya. kushano; sanskr. Kuşān Rājavamś

Çiçəklənmə dövrü I–III əsrlərə təsadüf etmiş qüdrətli Kuşan padşahlığının əsas əhalisi.

Onlar e.ə. I əsrdən Orta Asiyada məskunlaşıblar, Kuşan padşahlığı isə müasir Orta Asiya, Əfqanıstan, Pakistan və Hindistanın cənubunu əhatə edib. Qədim dünya tarixindəki mühüm rol oynamalarına baxmayaraq, K. çox zəif öyrənilib, onların mənşəyi də dəqiq bəlli deyil. Bəzi tədqiqatçılar K.-ı Orta Asiyada yaşamış irandilli toxarlarla eyniləşdirirlər, digərləri isə onların türkdilli olduqları barədə fərziyyə irəli sürürlər.

Tarix terminləri lüğəti