Reklam
Reklam

Tarix terminləri lüğəti

kuzen nikahı

fr. cousin – əmioğlu, bibioğlu, dayıoğlu, xalaoğlu

Qəbilə quruluşu zamanı və dövlətin yaranmasının erkən dönəmlərində geniş yayılmış nikah forması.

K.N.-nın iki əsas forması olub: ortokuzen (paralel-kuzen) adlanan əmioğlu ilə əmiqızı, xalaoğlu ilə xalaqızı arasında nikah və krosskuzen (çarpaz-kuzen) adlanan dayıoğlu ilə bibiqızı, bibioğlu ilə dayıqızı arasında nikah. Əmlakı böyük ailənin daxilində qoruyub saxlamaq üçün bağlanan K.N.-nın qalıqlarına bir sıra ölkələrdə, o cümlədən Azərbaycanda hələ də təsadüf edilir.

Tarix terminləri lüğəti