Reklam
Reklam

Tarix terminləri lüğəti

kvadriqa

lat. quadriga < quadri – dörd + jungere – (at) qoşma

Bir cərgədə dörd at qoşulmuş ikitəkərli antik dövr arabası.

Qədim yunanlarda və romalılarda K.-nı ayaq üstə idarə ediblər. Yüngül K.-dan olimpiya oyunları proqramında geniş yer tutan at yarışları zamanı, habelə digər müsabiqələrdə istifadə olunub. Daha ağır K. isə təntənəli mərasimlərdə imperatorlar və qalib-sərkərdələr üçün nəzərdə tutulub. XVIII–XIX əsrlərdə Qərbi Avropada monumental binaların və zəfər tağlarının frontonunu K.-larla bəzəyiblər.

Tarix terminləri lüğəti