Reklam
Reklam

Fizika terminlər lüğəti

KVARTA1 lat. quarta (pars) – dörddə bir

fiz. ABŞ, B. Britaniya və s. ölkələrdə işlədilən həcm vahidi. 

Amerikada K. mayelər üçün 0,9463 dm3, səpələnən maddələr üçün 1,1012 dm3, Polşada 1 l-dir. Əvvəllər Rusiyada həcm vahidi kimi işlədilən krujka bəzən K. adlandırılırdı. Azərbaycanda bu məqsədlə parç işlədilir.

KVARTA2 lat. quarta – dördüncü

mus. 1. Dörd pərdə həcmində interval. 4 rəqəmi ilə işarə olunur. 2. Səsdüzümünün 4-cü pilləsi.

Fizika terminlər lüğəti