ital. quattrocento – dörd yüz
XV əsrin italyan dilində adı.
Sənətşünaslıqda K. termini şərti olaraq İtaliyada erkən İntibah dövrünü ifadə etmək üçün işlədilir. Həyata poetik münasibət, real həyatın təsvirində elmi cəhətdən əsaslandırılmış yeni ifadə vasitələrinin axtarışı, rəssamlıq məktəblərinin müxtəlifliyi K. incəsənətinin əsas səciyyəvi cəhətləri sayılır.
Tarix terminləri lüğəti