Reklam
Reklam

Fizika terminlər lüğəti

KVAZİOPTİKA kvazi... + optika

fiz. Optikanın bölməsi.

Dalğa uzunluğu 1-2 mm-dən kiçik (mm-lik radiodalğalar diapazonunun qısadalğalı hissəsi və ona yaxın olan optik diapazon) olan elektromaqnit dalğalarının yayılmasını öyrənir. Dalğaların yayılması həndəsi optika qanunlarına tabedir, lakin difraksiya hadisələri də mühüm rol oynayır. Uzunluğu 1-2 mm-dən kiçik olan dalğalar kvazioptik qurğularda (açıq rezonatorlar, kvazioptik xətlər) yaranır və yayılır.

Fizika terminlər lüğəti