qəd. türk dil. laçın quş adıdır. Laçın keçmişdə quş ovlamaq üçün bəslənilən şahin cinsindən olan yırtıcı, alıcı quşun adındandır, həmçinin hünərli, cəsarətli kimi məcazi mənalar ifadə edir.
Klassik ədəbiyyatda gözəl gözlü kimi məcazi mənada tez-tez rast gəlinir. Mənbələrdə türk tayfalarından birinin adından olduğu barədə məlumatlara da rast gəlinir. Azərbaycan antroponimikasında müştərək şəxs adları sırasında olan Laçın sözün hünərli, cəsarətli mənaları ilə əlaqədardır. Ölkəmizdə Laçın həm də toponimdir. Azərbaycanın dağlıq hissəsində yerləşən səfalı yerlərdən biri də Laçın bölgəsidir.
Azərbaycan şəxs adlarının izahlı lüğəti