Azərbaycanda indiki Göyçayla Girdimançay arasında, Lahıc vadisində yerləşmiş tarixi vilayət.
Ərəb müəllifi İstəxriyə (X əsr) görə, L. qonşu Şirvan vilayəti kimi geniş bir ölkə olub. 861-ci ildə Məzyədilər burada feodal dövləti yaradıblar. 917-ci ildə Şirvanşah Əbu Tahir Yəzid ibn Məhəmməd L.-ı Şirvanla birləşdirib və iqta kimi oğlu Məhəmmədə verib. Ərəb mənbələrinə əsasən, L.-ın (Lanzanşah, Lancanşah) mərkəzi Laycan (ehtimallara görə, indiki Lahıc) olub.
Tarix terminləri lüğəti