Reklam
Reklam

Azərbaycan dastanlarının leksikası

ləngəri fars

1. Lövbər

2. Taraz. (“Koroğlu” dastanının lüğəti)

Mən aşıq ləngəridi,

Gəmidi, ləngəridi,

Çox bilib, az danışmaq

İgidin ləngəridi.

                      (“Koroğlunun Bayazid səfəri”)

Qeyd: Hümmət Əlizadə nüsxəsində bu bənddəki Ləngəri sözü toponim kimi verilmişdir. Müqayisə et:

Mən aşıq Təhlədənəm,

Tək öylü təhlədənəm,

Arasbar tərlanıyam,

Sonalar təhlədənəm.

Mən aşıq Ləngəridi,

Gəmidi, ləngəridi,

Çox bilib, az danışmaq

İgidin ləngəridi.

Mən aşığ Ordubada,

Salmasdan Ordubada.

Sərkərdə qoçağ olsa,

Heç verməz ordu bada.

Azərbaycan dastanlarının leksikası