Reklam
Reklam

Azərbaycan dilinin izahlı lüğəti

lent [lent] isim alman

1. Bəzək və s. üçün işlədilən dar, uzun parça zolağı. □ Sarı lent. lent. Qara lent.

2. Orden və medal üçün müəyyən rəngdə və ölçüdə ipək zolaqcıq. □ Döşünə cərgə ilə orden və medal lentləri taxmış ortaboylu, kök, qoca kapitan nəvəsini qucaqladı. (M.Süleymanov).

3. Müxtəlif materialdan kəsilmiş uzun, ensiz zolaq. □ Kağız lent. Teleqraf İzolyasiya lenti.

4. Bəzi nəqliyyat qurğularında, mexanizmlərdə intəhasız hərəkət edən parça zolağı. □ Konveyer Transportyor lenti.

5. Məcazi mənada: ensiz, zolaq kimi uzanıb gedən, nəhayəti görünməyən. □ Yol getdikcə sarı bir lent kimi uzanırdı. 

Həmçinin bax:

jurnalistika: gizli lent yazıları jurnalistika: xəbər lenti jurnalistika: maqnit lenti Azərbaycan dilinin izahlı lüğəti