Lirik növdə yazılmış əsərlərdə emosiyaları, duyğuları oxucuya çatdıran şərti obraz.
Lirik qəhrəman süjetli əsərlərdəki kimi dinamik deyil. Onun duyğuları çox zaman konkret hadisə ilə yox, əbədi dəyərlərlə bağlı olur. Lirik qəhrəmanla müəllifin şəxsiyyəti, xarakteri arasında çox zaman sıx əlaqə, vəhdət olur; onun əsasında şairin mənəvi, sosial və estetik dünyagörüşü haqqında təsəvvür yaranır. Buna baxmayaraq şairlə lirik qəhrəmanı tamamilə eyniləşdirmək olmaz. Epik əsərlərdə olduğu kimi, burada da müəllif hər hansı xarakter yaradıb həyata onun gözləri ilə baxa bilər.
Həmçinin bax:
Dilçilik və ədəbiyyatşünaslıq terminləri lüğəti