Satirik ruhlu əsərlərdə müəyyən bir hadisənin, yaxud şəxsin bilavasitə onun öz dili ilə gülüş hədəfinə çevrilməsi.
Satirik ədəbiyyatımızda L.-ın ilk klassik nümunələrini M.Ə.Sabir yaradıb. O, xalqı geriyə sürükləyənləri, elmi tərəqqiyə mane olanları onların öz dili ilə ifşa edərək lağa qoyur:
Aşiqik ancaq quru, boş söhbətə,
Kim nə deyər bizdə olan qeyrətə?!
Cümlə cahan yatsa da, biz yatmarıq,
Qeyrətü-milliyyəmizi atmarıq,
Əhlimizi başqasına satmarıq,
Bir quruşa, bir pula, ya bir çetə!
Kim nə deyər bizdə olan qeyrətə?!
Həmçinin bax:
Dilçilik və ədəbiyyatşünaslıq terminləri lüğəti