►Adətən, vəziyyəti ağır və ümidsiz olan xəstəyə münasibətdə işlədilən ifadə.
İfadə Şərqin məşhur həkim obrazı, bütün xəstəlikləri müalicə edən qüdrәtli Loğmanın adı ilə bağlı yaranmışdır.
Şərq folklorunda Loğman həmişə hikmət, fəlsəfə, dərin bilik, ən böyük təbib rəmzi kimi göstərilir. Onun haqqında çoxlu rәvayәtlәr yayılmışdır ki, bunlar çox zaman Qәrbdә Ezop haqqındakı rәvayәtlәri xatırladır. Ona görә dә bәzi tәdqiqatçılar Loğmanı Ezopla eynilәşdirirlәr.
«Quran»da Loğmanın adı bir neçә dәfә çәkilir. Müsәlman müәlliflәrin fikrincә, Loğman guya Bauranın oğlu olub min il yaşamışdı. Rəvayətə görə, Allaһ ona müdriklik, ya peyğәmbәrlikdәn birini seçmәyi tәklif etdikdә o, müdrikliyə üstünlük vermişdi. Davud peyğәmbәrin dövrünә qәdәr yaşayıb müdrikliyi dә ondan öyrәnmişdi.
Buna görə də kamil, bilikli, təcrübəli həkimləri Loğmana oxşadırlar. Lakin Loğman adı bir rəmz kimi təkcə mahir həkimliyi deyil, ümumiyyətlə, bilikli, hərtərəfli elmli olmağı bildirir; məsələn, çox ağıllı adamlar haqqında «kişi lap Loğmandır» deyirlər. «Çarәsiz dәrdә Loğman da acizdir» atalar sözü də var.
İfadə el arasında tam şəkildə belə işlədilir: «Loğman da gəlsə, sağalan deyil».
Məsəllər, deyimlər