Reklam
Reklam

Azərbaycan dilinin izahlı lüğəti

lövhə [lö:hə] isim ərəb

1. Üzəri təbaşirlə yazıla bilən qara rəngli taxta; yazı taxtası. □ Sinfə lövhə asmaq. Lövhədə yazmaq.

2. Müxtəlif məqsədlər üçün işlənən hamar səthli elastik metal və s. parçası. □ Sink lövhəsi.

3. Üstündə hər hansı bir müəssisənin, idarənin, təşkilatın adını, yaxud gördüyü işi bildirən yazı yazılmış taxta, metal və s.; bildiriş, elan taxtası. □ Hər gün yüzlərlə adam tanımadığı idarə və müəssisəni, küçəni lövhələr vasitəsilə tanıyır.

4. Şəkil, mənzərə şəkli, rəssamlıq əsəri, tablo; mənzərə, təsvir. □ Kənd biçimli bir şəhərin; Lövhəsini çəkirəm mən. (S.Vurğun)

Azərbaycan dilinin izahlı lüğəti