Reklam
Reklam

Azərbaycan dilinin dialektoloji lüğəti

lümə1

Ağsu, Bakı, Gəncə, Naxçıvan, Salyan, İrəvan

Qısaquyruqlu (quş, it). □ Lümə to:uğ bizzərdə çox olar (Ağsu); Bizim to:ğların hamsı lümədi (Bakı); Lümə to:ğ çox yiyər (Salyan).

lümə2

Ağcabədi, Qubadlı

1. Çəltiyin ikinci dəfə döyülüşü (Ağcabədi).  Büyün çəltiyin lüməsinnən qutardıx.

2. İkinci dəfə döyülmüş çəltik (Qubadlı). □ Lüməni yığ çuvala gəti.

Azərbaycan dilinin dialektoloji lüğəti