Reklam
Reklam

Azərbaycan şəxs adlarının izahlı lüğəti

LÜTFİYƏ

ərəb. lütf sözündəndir. Azərbaycan dilində lütf sözü iltifat, mərhəmət, mehribanlıq, yumşaqlıq, xoş, alicənab münasibət mənasındadır.

Lütfiyyə qadın adı Lütfi kişi adından (bax: ad – LÜTFİ) ənənəvi yolla yaranmışdır, lütfkar, mərhəmətlə əlaqəli mənalarını ifadə edir. Adın təhrif olunmuş formaları Lütviyyə, Lütviyə də sonradan müstəqil qadın adları kimi rəsmiləşmişdir.

Azərbaycan şəxs adlarının izahlı lüğəti