Reklam
Reklam

Tarix terminləri lüğəti

mafiya

ital. mafia, maffia – Siciliya dialektində: təkəbbür, özünüöymə

Hakimiyyət nümayəndələri (polis, məhkəmələr, bəzi siyasi dairələr və s.) ilə sıx əlaqəsi olan nüfuzlu cinayətkarlardan ibarət mütəşəkkil gizli qruplaşma.

M. sosial təşkilat forması kimi XVIII əsrin sonu – XIX əsrin əvvəlində Siciliya adasında (İtaliya) meydana gəlib, öncə Siciliyanın kənd əhalisinin orta təbəqələrinin gizli birliyi olub və öz üzvlərinin torpaq sahələrinin, ticarətinin və s.-nin mühafizəsi üçün terror metodlarından – şantaj, zorakılıq, qətllərdən geniş istifadə edib. Tədricən arxaik kənd M.-sı şəhərlərə də nüfuz edərək buradakı yeni şəraitə uyğunlaşıb. XIX əsrin sonu – XX əsrin əvvəlində M. İtaliya hüdudlarını aşaraq digər ölkələrdə, ilk növbədə, italyan mühacirləri ilə birlikdə ABŞ-da yayılıb. II Dünya müharibəsindən (1939–1945) sonra ABŞ-da cinayətkar aləmin ən güclü sindikatı olan “Koza nostra” xüsusilə diqqət çəkir. Sonrakı dövrlərdə həm İtaliya, həm də ABŞ-da M.-ya ciddi zərbələr vurulsa da, onu birdəfəlik məhv etmək mümkün olmayıb. Bu termin məcazi mənada öz maraqlarını həyata keçirmək məqsədilə birgə fəaliyyət göstərən, nüfuzlu şəxslərdən ibarət mütəşəkkil qrup anlamında da işlədilir.

Tarix terminləri lüğəti