1. Hər hansı bir tərəfə əyilmiş; meyilli. □ Mail xətt. Mail səth. Mail divar.
2. Bir şeyə və ya bir kəsə meyli olan, istəyi, həvəsi olan. □ İnsan insan ilə həmişə ülfət bağlamağa maildir, necə ki heyvan heyvan ilə. (C.Məmmədquluzadə).
3. Vurğun, sevən, istəyən. □ Mən mailəm sənin zənəxdanına; Halqa-halqa zülfi-pərişanına. (M.P.Vaqif).
4. Rəng bildirən sifətlərdən sonra gələrək, bənzər, çalar, oxşar, yaxın mənasında işlədilir. □ Rəngi bir qədər qaraya mail bir qız idi. (S.Hüseyn).