Reklam
Reklam

Dilçilik və ədəbiyyatşünaslıq terminləri lüğəti

malapropizm

Nitqdə səhv olaraq hər hansı sözün əvəzinə fonetik baxımdan yaxın, lakin leksik baxımdan tamamilə fərqli sözün işlənməsi.

Bu termin Riçard Şeridanın 1775-ci ildə yazdığı “Rəqiblər” adlı əsərinin qəhrəmanı xanım Malapropun adından qaynaqlanır. Yüksək intellektə iddialı bu personaj öz nitqində əcnəbi sözləri və terminləri yerli-yerində işlətmir; məs.: epitet əvəzinə “epitafiya” deyir. Bu leksik fiqurdan nitqdə obrazı səciyyələndirmək və komik effekt yaratmaq məqsədilə istifadə olunur.

Dilçilik və ədəbiyyatşünaslıq terminləri lüğəti