E.ə. I minilliyin əvvəlində Azərbaycan ərazisində (Urmiya gölünün cənub-şərqində) yaranmış ən qədim dövlət olan Mannanın əhalisi.
Toponim kimi «Manna» termini, ehtimal ki, həmin ərazidə məskunlaşmış tayfalardan birinin adından törəyib. M.-ın formalaşmasında qədim yerli əhali (kuti, lullube tayfaları) əsas rol oynayıb. E.ə. I minilliyin əvvəllərindən isə onların tərkibində hürri etnik elementləri güclənib. Sonralar bu əraziyə köçmüş irandilli tayfalar M.-a güclü təsir göstəriblər. M.-ın əsas məşğuliyyəti əkinçilik və maldarlıq olub, sənətkarlıq da burada yüksək səviyyədə inkişaf edib. M. azərbaycanlıların əcdadlarından hesab olunurlar.
Tarix terminləri lüğəti