Reklam
Reklam

Tarix terminləri lüğəti

manqıtlar

Monqol ordusu tərkibində qıpçaqların yaşadığı tarixi əraziyə – Dəşti Qıpçaqa gələrək yerli türkdilli xalqlarla qaynayıb-qarışmış monqol tayfası.

M. (bəzi qaynaqlarda – manğıtlar) XIII–XV əsrlərdə Dəşti Qıpçaqın siyasi həyatında mühüm rol oynayıblar, XVI əsrin 30-cu illərində Noqay Ordasını yaradıblar. Buxara xanlarının Manqıtlar sülaləsi (1753–1920) bu tayfadan olub. M. qazax, qırğız və başqa türk xalqlarının formalaşmasında iştirak ediblər.

Tarix terminləri lüğəti