Reklam
Reklam

Coğrafiya terminləri lüğəti

manqr

ing. mangrove – ağacın adından

Düzənlik dəniz sahillərinin qabarma və çəkilmə zolağında alçaqboylu həmişəyaşıl ağac və kolluqlardan ibarət cəngəllik.

M.-lar qrupuna 60-dan çox endemik ağac və kol növləri daxildir. Onlar ekvatorialtropik qurşaqlarda – Mərkəzi Amerika, Afrika, Cənub-Şərqi Asiya, Şimalı Avstraliya və Okeaniya adalarının sahilboyu ərazilərində geniş yayılıb.

Həmçinin bax:

Coğrafiya terminləri lüğəti