1. İdman. Yüngül atletikada uzaq məsafəyə (42 km 195 m) qaçış. □ “Marafon” sözü yunanların farslar üzərində qələbəsini xəbər vermək üçün Marafon adlı məntəqədən Afina şəhərinə qədər birnəfəsə qaçmış və xəbəri çatdırdıqdan sonra ürəyi partlamış Fidippid adlı döyüşçü haqqında əfsanədən götürülüb.
2. Məcazi mənada: mühüm ictimai-siyasi və sosial əhəmiyyəti olan hadisə ilə bağlı ardıcıl həyata keçirilən tədbirlər. □ Seçki marafonu.
Azərbaycan dilinin izahlı lüğəti