Reklam
Reklam

Azərbaycan dilinin izahlı lüğəti

marş1 [marş] isim fransız

1. Sırada bir qaydada, ritmik yürüş tərzi. □ Təntənəli marş.

2. Sırada bir qaydada, ritmik yeriməyə başlamaq üçün komanda. □ Marş, irəli! Addımla, marş!

3. Qoşunların yürüş qaydası ilə bir yerdən başqa yerə hərəkəti. □ Üçgünlük marş.

4. Musiqi. Addım taktına uyğun ölçüsü olan gümrah, aydın ritmli musiqi əsəri. □ Müsavatın ilk himni, ilk marşı, ilk bayrağı onun adı ilə bağlı olduğu kimi, ilk şəhidi, 37-də mehraba gətirdiyi ilk qurban da Əhməd Cavad olub. (Y.Qarayev).

marş2 [marş] isim alman

Coğrafiya. Okean, dəniz sahillərində ən yüksək qabarma vaxtı su basan ovalıq zona.

Azərbaycan dilinin izahlı lüğəti