Reklam
Reklam

Tarix terminləri lüğəti

marşal

fr. marechal < alm. marah – at + scale – nökər

1. Orta əsrlərdə Fransada saray rütbəsi.

Əvvəlcə kralın atlarına qulluq edən xidmətçi, XII əsrdən – sarayda kralın cangüdənlərinə, süvari mühafizə dəstəsinə və at tövlələrinə rəhbərlik edən yüksək mənsəb sahibi, XIII–XV əsrlərdə isə kral qoşununun bir hissəsinin komandanı M. adlanıb.

2. Bir sıra ölkələrin ordularında ali hərbi rütbə.

Bu ali rütbə ilk dəfə XVI əsrdə Fransada, XIX əsrdə İspaniya, Türkiyə, İtaliya və Yaponiyada, XX əsrdə isə Böyük Britaniya, Polşa, Rumıniya, Hindistan, Çin və bir çox digər ölkələrdə tətbiq edilib.

3. Polşada bəzi mülki vəzifəli şəxslərin rütbəsi; məs.: seym M.-ı.

Tarix terminləri lüğəti