Reklam
Reklam

Azərbaycan dilinin dialektoloji lüğəti

mayıf

Ağdaş, Cəbrayıl, Cəlilabad, Culfa, Dəvəçi, Füzuli, Gədəbəy, Qax, Qarakilsə, Qazax, Laçın, Lənkəran, Masallı, Salyan, Şəki, Şəmkir, Tovuz, Yardımlı, Zəngilan

Şikəst.  Qızın bi gözi mayıfdu (Lənkəran); Balaxanımın gözinin biri mayıfdı (Salyan); Mayıf adamam, işə yaramıram (Şəki); Hasanın gözi mayıfdı (Laçın); Qolum da mayıfdı, gözüm də (Füzuli); Müharibə çox adamı mayıf elədi (Cəbrayıl); Məhəmmədin bir oğlu mayıfdı, işdiyəmmer (Qazax); Yıxılmışam, əlim mayıf oluf (Tovuz); Elə elə ürəyinə dəyməsin, axı onun bi gözi mayıfdi (Cəlilabad); Mayıf adamam, təh gedəmmənəm, gərəx’ bir adam məni ötürə (Salyan).

Azərbaycan dilinin dialektoloji lüğəti