Reklam
Reklam

Etimologiya lüğəti

mədə

Ərəbcədir, bizdə qursaq sözü işlədilib. Tuva dilində “kodu” deyirlər ki, bu da quyu sözü ilə bağlıdır. Tuvinlərdə d-y əvəzlənməsi geniş yayılıb. Sıtıy sözünü “toduq” (doymaq) kimi tərcümə edirlər. Deməli, qursaq “quyu kimi olan yer” (qursaq tarixən qodu-sa-q kimi olub, qodu quyu deməkdir, -sa şəkilçisi onu feilə çevirib, -r şəkilçisi isə isim düzəldib) deməkdir (tatar dilində isə mədəyə “aş qazanı”deyirlər). Qarın sözü də qursaq sözü ilə qohumdur, indi də bəzən sinonimlər kimi işlədilir. Deməli, qursaq (və qarın) təxminən, “boşluq, qazan, kisə” mənalarını əks etdirib. (Bəşir Əhmədov. Etimologiya lüğəti)

Etimologiya lüğəti