Reklam
Reklam

Azərbaycan dilinin izahlı lüğəti

mədəniyyət [mədəniyət] isim ərəb

1. İnsan cəmiyyətinin istehsal sahəsində, ictimai və mənəvi həyatda əldə etdiyi nailiyyətlərin məcmusu. □ Maddi mədəniyyət nümunələri. Mədəniyyət sahəsində irəliləyiş.
2. Hər hansı bir xalqın və ya sinfin müəyyən dövrdə əldə etdiyi belə nailiyyətlərin səviyyəsi. □ Cəlil Məmmədquluzadə (Molla Nəsrəddin) Azərbaycan mədəniyyəti və maarifi tarixində tamamilə yeni və parlaq bir dövr açdı. (M.İbrahimov).
3. Təsərrüfat və ya zehni fəaliyyətin, hər hansı birisinin inkişaf səviyyəsi. □ İstehsalat mədəniyyəti. Nitq mədəniyyəti.
4. Savadlılıq, elmlilik, biliklilik. □ Yazıçı mədəniyyəti.
5. Cəmiyyətdə özünü apara bilmə; tərbiyəlilik; mədəni adamın tələblərinə uyğun olan həyat şəraitinin məcmusu. □ Yaşayış mədəniyyəti.

Həmçinin bax:

jurnalistika: informasiya mədəniyyəti jurnalistika: media mədəniyyəti jurnalistika: mədəniyyət xəbərləri jurnalistika: nitq mədəniyyəti Azərbaycan dilinin izahlı lüğəti