Reklam
Reklam

Azərbaycan dastanlarının leksikası

məğrib ərəb

Qərb, günbatan mənasında işlənir.

Qərb, qürub sözləri ilə flektivlik cəhətdən eyniköklüdür.

Məğribnən məşriqi seyr elədim,

Viranə şəhərdə bir pəri gördüm!

Səyyad kimi seyr etdim küçələrin,

Şəhri-viranədə bir pəri gördüm!

          (“Şahzadə Seyfəlmülük və Bədiəlcamal”)

                              *

Qurbani der: çıxdım dağ səhrasına,

Könlüm qalxdı, düşdü eşq sevdasına,

Bir siqal verdim könlüm pasına,

Məğribdən məşriqə bəyan dedilər.

                       (“Qurbani. Diri versiyası”)

Azərbaycan dastanlarının leksikası