Reklam
Reklam

Azərbaycan dilinin izahlı lüğəti

məğrur [məğrur] sifət ərəb

1. Öz ləyaqətini, üstünlüyünü hiss edən, mənlik hissi olan; qürurlu, vüqarlı.
2. İsim kimi: öz ləyaqətini, üstünlüyünü hiss edən, mənlik hissi olan; qürurlu, vüqarlı adam. □ Məğrurlara.. xəlvətcə güzəştə gedir, üzlərinə gülümsəyirdi. (M.İbrahimov).
3. Məcazi mənada: əzəmətli, möhtəşəm, qürurlu. □ Hər yerə at sürdük, bu məğrur dünya; Duz ilə, çörəklə çıxdı qarşıya. (A.Şaiq).
4. Zərf kimi: əzəmətlə, həşəmətlə, qürurla. □ Budur Qız qalası, gözəl abidə; Onun məğrur duran qədim tağları. (M.Rahim).
5. Başqalarına xor baxan, lovğa, təkəbbürlü, təşəxxüslü, iddialı. □ Məğrursan, ey gül, xəbərin yoxdur özündən; Əyyami-xəzan gəlsə, xəbərdar olacaqsan. (S.Ə.Şirvani).

Azərbaycan dilinin izahlı lüğəti