1. Ərəb qəməri təqviminin birinci ayı (şiələrin imamları bu ayda qətledildiyi üçün yas ayı hesab olunur). □ Məhərrəm ayı.
2. Bu ayda imamların qətli münasibətilə şiələrin tutduqları yas, saxladıqları matəm; təziyə, əza. □ Zibəs ki, giryə eylər gözlərim guya məhərrəmdir. (S.Ə.Şirvani).