Epistolyar formada (məktublar şəklində) yazılmış əsər; epistolyar ədəbiyyat.
XVIII əsrdə Fransada maarifçilərin yaradıcılığında formalaşıb və XIX əsrin sonu – XX әsrin әvvәllәrindә Azәrbaycan maarifçi әdәbiyyatının nümayəndələri tərəfindən istifadə edilib. Burada epistolyarlıqla bədiilik əlaqəli olur və mahiyyət etibarilə cəmiyyətin həyatı, ictimai problemlər və s. mövzularda subyektiv fikirlər irəli sürülür. M.-ın ədəbiyyatımızda ən mükəmməl nümunəsi M.F.Axundzadənin fәlsәfi traktat adlandırılan “Kәmalüddövlә mәktubları” әsәridir. Sultan Mәcid Qәnizadәnin “Mәktubati-Şeyda bәy” әsәri də M.-dır.
Həmçinin bax:
Dilçilik və ədəbiyyatşünaslıq terminləri lüğəti