Reklam
Reklam

Azərbaycan şəxs adlarının izahlı lüğəti

MƏLƏK

ərəb. malak sözündəndir. İslam dininə görə, Allahın göstəriş və əmrlərini yerinə yetirən, çox gözəl qadın surətində olub, qanadlı məxluqlardır.

Müqəddəs kitab “Qurani-Kərim”də mələklər incə və fəal bir varlıq kimi təqdim edilir. Burada mələklərin bəziləri insanların tutduğu əməlləri yazmaqla, bəziləri isə insanları qorumaqla, ona doğru yol göstərməklə, ilham vеrməklə və s. ilə məşğuldur. Adətən çox gözəl və ya məsum, xoşxasiyyət adam haqqında malak kimidir ifadəsi işlədilir. Türk antroponimik vahidlər sistemində mövcud Mələk qadın adı da eybi olmayan, hərtərəfli gözəl olan (qadın, qız) mənasını ifadə edir. Mələk həm də bir sıra mürəkkəb qadın adlarının tərkibində mövcuddur.

Azərbaycan şəxs adlarının izahlı lüğəti