Reklam
Reklam

Məsəllər, deyimlər

MƏNİ BİR DƏ YANINA ÇAĞIRMA

►Birisini görmək, onunla ünsiyyətə girmək istəmədikdə işlədilən ifadə.

İfadə xalq arasında İmam Cəfər Sadiq haqqında yayılmış bir əhvalatla bağlıdır.

Əhvalata görə, bir gün xəlifə xalq arasındakı nüfuzundan çəkindiyi Həzrəti İmam Cəfər Sadiqi (704–774, 6-cı imam) hüzuruna dəvət edir. Cəfər heç sevmədiyi, bəd niyyətlərindən xəbərdar olduğu xəlifənin dəvətini qəbul edib saraya yollanır.

Söhbət zamanı xəlifə ondan çox razı qaldığını bildirir və bu razılığın əlaməti kimi İmam Cəfərə bir ovuc qızıl təklif edir. İmam Cəfər bu təklifdən boyun qaçırır. Xəlifə xahiş edir ki, ürəyi istəyən bir şeyi diləsin.

İmam Cəfər xəlifəyə müdrikcəsinə belə cavab verir:

– Əgər, həqiqətən, məndən razısansa, səndən bircə diləyim var: məni bir də yanına – bu saraya çağırma.

Məsəllər, deyimlər