Reklam
Reklam

Məsəllər, deyimlər

MENTOR TONU

►Təkəbbürlü, yersiz nəsihətlər verən və bəzən də qınayıcı danışıq tərzi haqqında deyilən ifadə.

İfadə Homerin məşhur poemasından qaynaqlanır.

Poemada nəql olunur ki, Mentor qədim yunan qəhrəmanı Odisseyin dostu idi. Onun ağıl və fərasətindən xəbərdar olduğuna görə Odissey Troya müharibəsinə gedərkən oğlu Telemaxın tərbiyəsini məhz Mentora tapşırmışdı. Sonradan bir müəllim, ustad, hami və müdrik insan kimi şöhrət qazanmış Mentorun adı ilə bu ifadə yayılmışdı.

Gündəlik danışıqda «mentor» sözü, adətən, «idarəçi», «rəhbər» sözünün sinonimi kimi qəbul edilir. Bəzən mənasız, zəhlətökən və həddən artıq xırdaçı, yersiz məsləhətləri ilə canı boğaza yığan adamlara münasibətdə də bu ifadə işlədilir.

Ümumiyyətlə, birisinin hissolunacaq dərəcədə təkəbbürlü, ağılöyrədən, nəsihətamiz danışıq tərzinə, öyüd-nəsihət intonasiyasına münasibət bildirərkən bu ifadədən istifadə olunur.

Məsəllər, deyimlər