Reklam
Reklam

Məsəllər, deyimlər

MƏQSƏD HƏR CÜR VASİTƏYƏ HAQQ QAZANDIRIR

►Əxlaqi baxımdan hər hansı yolverilməz davranışa həyasızcasına bəraət qazandırmaq məqsədilə işlədilən ifadə.

İfadə orta əsrlərin fırtınalı siyasi hadisələrindən və əsərlərində bu hadisələrin təhlilini vermiş siyasi xadim N.Makiavellidən qaynaqlanır.

Tarixən bir çox avtoritar rejimlər öz məqsədlərini reallaşdırmaq, xüsusən hakimiyyətlərini qorumaq üçün atdıqları ləyaqətsiz və qəddar davranışa, əxlaqsız vasitələrdən istifadəyə bəraət qazandırmağa çalışmışlar. İfadənin müəllifi italyan yazıçı və siyasi xadim N.Makiavelli belə davranışların çox şahidi olmuşdur. Böyük filosof ilk dəfə «Hökmdar» əsərində (1532) bu ifadəni işlətmişdir.

Eyni fikrə filosof C.Hobbsun (15881679) «Vətəndaş haqqında...» kitabında rast gəlmək olar. O yazırdı ki, özünü qorumaq iqtidarında olan hər kəs bunun üçün mümkün bütün vasitələrdən istifadə etməlidir. Sonralar bu fikirlər yezuitlərin davranışlarının əxlaqi əsaslarına çevrildi.

Məsəllər, deyimlər