fr. maire, ing. mayor < lat. major – baş, böyük
Bir çox dünya ölkələrində şəhər (bəzi hallarda həmçinin rayon, icma) yerli özünüidarə orqanlarında ən yüksəkvəzifəli şəxs, rəhbər.
M. çox vaxt yerli özünüidarə orqanı (bələdiyyə), bəzən bilavasitə əhali tərəfindən seçilir, bir sıra ölkələrdə (Belçika, Niderland və s.) isə müvafiq bələdiyyə şurasının təklifi ilə dövlət başçısı tərəfindən təyin olunur.
Tarix terminləri lüğəti