Reklam
Reklam

Məsəllər, deyimlər

MƏRƏND ÖLÜSÜ

►İricüssəli, lakin tənbəl, oturduğu yerdən tərpənmək istəməyən adam haqqında işlədilən ifadə.

İfadə XIX əsrdə Cənubi Azərbaycandakı Mərənd şəhərində baş vermiş kütləvi epidemiya dövründə yaranmışdır.

«Mərənd» Təbriz–Culfa yolu üzərində salınmış kiçik bir şəhərdir. XIX əsrdə bura kənd hesab olunurdu və ifadə də elə bu zaman yaranmışdı.

İranın bir çox başqa əyalətləri kimi Mərənddə də XIX əsrdə çox acınacaqlı sosial-iqtisadi vəziyyət hökm sürür, aclıq, çiçək, qızdırma xəstəliyi üzündən əhali dəhşətli surətdə qırılırdı. Bəzən ölüləri dəfn edib çatdırmaq mümkün olmur, meyitlər küçələrdə tökülüb qalırdı.

İfadə tarixin bu kədərli dövrü ilə əlaqədar məşhurlaşmışdır.

Məsəllər, deyimlər