Reklam
Reklam

Etimologiya lüğəti

mərət

Mərət qalmaq şəklində qərb dialektində işlədilir, mərət “dəhşətli, ölü” mə­nasında işlədilir. “Avesta”da mərəta, hind dilində mrəts formalarında mövcuddur. Bizə, güman ki, ərəb dilindən keçib. Söz qədim hind dilinə məxsusdur, “ölmüş” mənasında işlədilir. Rus dilindəki морг (ölüxana) мертвый (ölü) sözləri də mərətlə bağlıdır. (Bəşir Əhmədov. Etimologiya lüğəti)

Etimologiya lüğəti