Fərdin, yaxud kollektivin öz vəzifələrini yerinə yetirməməsinə, qanundankənar hərəkətlərinin mənfi nəticələrinə görə cavabdehliyinin onların üzərindən götürülməsi.
Azərbaycan qanunvericiliyinə əsasən, həqiqətəuyğun olmayan məlumatların yayılmasını görə redaksiya, məsul redaktor və jurnalist bəzi hallarda məsuliyyətdən azad edilir. Buraya həmin məlumatların rəsmi dövlət orqanları və ya onların mətbuat xidmətləri tərəfindən yayıldığı, informasiya agentliklərindən və ya digər mətbuat xidmətlərindən alındığı, başqa kütləvi informasiya vasitəsindən götürüldüyü və təkzib olunmadığı, Milli Məclis deputatlarının, dövlət orqanlarının, bələdiyyələrin, idarə, müəssisə, təşkilat və ictimai birliklərin nümayəndələrinin, habelə siyasi xadimlərin və vəzifəli şəxslərin rəsmi çıxışlarında olduğu kimi təkrar edildiyi, canlı yayımla efirə gedən çıxışlarda səsləndirildiyi, yaxud qanuna müvafiq surətdə redaktə edilməli olmayan mətnlərdə verildiyi hallar daxildir.
Həmçinin bax:
Jurnalistika terminləri lüğəti