ərəb. məta
1. Əmtəə, satlıq mal.
2. Var-yox.
3. Sərmayə. (“Koroğlu” dastanının lüğəti)
Flektivlik baxımından əmtəə sözü ilə eyniköklüdür.
Tutubsan yükünü uca,
Sənsən tacirbaşı, xoca,
Mətahını soymayınca
Buraxmaram səni burdan.
(“Koroğlunun Ərzurum səfəri”) (“Cünun-Əli”)
Azərbaycan dastanlarının leksikası