Açıq şəkildə elan edilən və ictimailəşdirilməsi istənilən məlumat.
M.Ü.O.İ. ingilis dilində yaranmış «on the record» termininin (hərfi tərcüməsi – qeydə alına, hesabata salına bilən) Azərbaycan dilində qarşılığıdır. Bu termin, bir qayda olaraq, müsahibələrdə, jurnalistlərin iştirakı ilə keçirilən tədbirlərdə rəsmi şəxslər tərəfindən o halda işlədilir ki, həmin tədbirlərdə ictimailəşdirilməsi istənilən məlumatlarla yanaşı, geniş yayılması arzu edilməyən informasiya da səsləndirilir.
Həmçinin bax:
Jurnalistika terminləri lüğəti